Məscidün-Nəbinin (s) qapıları ibadətə açılır

Məscidün-Nəbinin (s) qapıları ibadətə açılır

Yeni qərarə əsasən Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdır.

Rasthaber Azərbaycan iqna-ya istinadən xəbər verir ki, Müqəddəs Mədinə şəhərində yerləşən Peyğəmbər (s) Məscidinin qapıları qarşıdakı bazar günü möminlərin üzünə açılacaq. Bu barədə Səudiyyə televiziyası məlumat yayıb.
Məlumata görə, Səudiyyə kralının təlimatı əsasında Səud rejimində 2 mərhələli keçidlə müqəddəs məkanların açılması nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində ilkin olaraq Məscidün-Nəbiyə (s) yenidən zəvvarların daxil olmasına imkan veriləcək.
Səudiyyə Ərəbistanı İki Müqəddəs Ocağı işləri üzrə Baş İdarəsinin sərəncamına əsasən, Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdır. Eyni zamanda ibadət edənlər üçün bütün xalçalar həyətdən çıxarılacaq. 
Məscidül-Həram hələki bağlı qalır.

Xəbəri paylaş

VİDEOLAR