Fələstin Xalqını Müdafiə Dərnəyinin sədr müavini, Məscidül-Əqsaya hörmətsizliyin Fələstinin və müqavimət qruplarının qırmızı xətti olduğunu deyib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Xalqını Müdafiə Dərnəyinin sədr müavini Mehdi Şəkibai jurnalistlərə verdiyi açıqlamada fələstinlilərin sionist rejimin həyati mərkəzlərində şəhadət əməliyyatlarını artırdığına işarə edərək, Məscidül-Əqsaya hörmətsizliyin Fələstin və müqavimət qruplarının qırmızı xətti olduğunu və sionist rejimin daxildə müxtəlif və mürəkkəb problemlərlə üzləşəcəyini bildirib.
Sionistlər hər il may ayında Qüdsün bir hissəsinin işğalının ildönümünü qeyd etmək üçün bayraq paradı təşkil edirlər.
Müqavimət qruplarının xəbərdarlıqlarına baxmayaraq, işğal rejimi qondarma bayraq yürüşünün təşkilində israrlıdır.
Fələstin müqavimət qrupları son günlər bəyanatlar verərək, Qüds, İordan çayının qərb sahili və işğal olunmuş Fələstinin sakinlərini Məscidül-Əqsanı müdafiə etmək üçün bu məscidin ətrafına toplaşmağa çağırıblar.