"Məscidül-Əqsanın bir hissəsinin ələ keçirilməsi planı İsrail üçün ölümcül olacaq"

“Əl-Qüdsdəki müsəlman ziyarətgahlarına nəzarət edən İslam hakimiyyəti xəbərdarlıq edib ki, İsrailin Əl-Əqsa məscidinin bir hissəsini ələ keçirmək planı onun üçün ölümcül olacaq.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu "Islamic Awqaf" təşkilatının direktor müavini Şeyx Bəkirət İsrailin müqəddəs məscidə qarşı yönəlmiş yəhudiləşdirmə planlarına məhəl qoymamaq barədə xəbərdarlıq edərək bildirib.

Onun sözlərinə görə, İsrail müqəddəs məkanı müsəlmanlar və yəhudilər arasında bölüşdürmək üçün heç bir fürsəti əldən verməyəcək.

"İsrail rejimi müqəddəs kompleksdəki dörd yerdən ən azı birini ələ keçirməyi düşünür", deyə şeyx bildirib.

Xəbəri paylaş

VİDEOLAR