Məscidül-Əqsada GƏRGİNLİK

Məscidül-Əqsada GƏRGİNLİK

İşğal qüvvələri Şərqi Qüdsün Köhnə Şəhərdə Məscidül-Əqsaya çatmasına mane olan fələstinlilərə qarşı gözyaşardıcı qaz bombaları ilə müdaxilə edib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail polisi çoxlu sayda fələstinlinin Məscidül-Əqsanın da daxil olduğu İçərişəhərə daxil olmasına icazə verməyib.

Sionistlər İçərişəhər ətrafına toplaşan fələstinlilərə qarşı TOMA, səs-küylü qumbara və qaz bombaları ilə müdaxilə ediblər. Bundan əlavə, İsrail qüvvələri Məscidül-Əqsada namaz qılmağa icazə verilməyən bəzi gənclərə qarşı kobudluq edib.

Rejimin yaş məhdudiyyəti tətbiq etdiyi Əl-Əqsa məscidində cəmi 5 min fələstinli cümə namazını qıla bilib.

Ərəb mediası və Qüds İslam Vəqfləri İdarəsinin məlumatına görə, İsrail polisi Əqsada cümə namazı qılmaq üçün Şərqi Qüdsün Köhnə Şəhərinə getmək istəyən kişilərə, xüsusilə də yaşı 50-dən aşağı olanlara icazə verməyib.

Xəbəri paylaş

VİDEOLAR