Sosial məsafəyə əməl etməklə, bir xalçada 3 insan ibadət edə biləcək
Rasthaber xəbər verir ki, Mədinə şəhərinin əsas məscidində – Məscidül-Nəbidə (Peyğəmbər məscidində), daha öncə koronavirus pandemiyasına görə yığışdırılmış xalçalar geri qaytarılacaq.
Ötən gün verilmiş qərarla, məscidə 7 min xalça gətirilib. Bütün xalçalar məscid və onun ətrafındakı ərazi üzrə bölüşdürüləcək.
Sosial məsafəyə əməl etməklə, bir xalçada 3 insan ibadət edə biləcək. Dindarlar arasındakı məsafə 1,5-2 metr olmalıdır.