Məscidül-Həramın xətibi 10 il həbs cəzasına məhkum edilib

Məscidül-Həramın xətibi 10 il həbs cəzasına məhkum edilib

Səudiyyə Ərəbistanının Apellyasiya Məhkəməsi Məkkədəki Məscidül-Həramın məşhur imamı və xətibi Şeyx Saleh Ali Talibi 10 il müddətinə azadlıqdan məhrum edib.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanında qarışıq şənlikləri tənqid edən Məscidül-Həramın imamı və xətibi Şeyx Saleh Ali Talib Apellyasiya Məhkəməsinin hökmü ilə 10 il həbs cəzasına məhkum edilib.

Məlumata əsasən, Apellyasiya Məhkəməsi İxtisaslaşdırılmış Cinayət Məhkəməsinin Şeyx  Ali Talibə qarşı irəli sürülən ittihamlardan bəraət qazandıran qərarını ləğv edib.

Qırx səkkiz yaşlı Ali Talib 2018-ci ilin avqustunda həbs edilib, lakin onun həbsi ilə bağlı heç bir rəsmi izahat verilməyib. O, vaxtilə Məkkədə imam idi.

Ali Talibin İslamda camaat qarşısında pisliyə qarşı mübarizə etmək vəzifəsi ilə bağlı xütbə oxuduqdan sonra həbs edildiyi bildirilir. 

Səudiyyə Ərəbistanı əksəriyyəti 2017-ci ilin yayından başlayaraq onlarla moizəçini həbs edib və onlara müxtəlif ittihamlar irəli sürüb, bəzilərini uzun illər həbs edib, bir neçəsini isə azad edib.

Xəbəri paylaş

VİDEOLAR