Səudiyyə Ərəbistanında koronavirus epidemiyasından sonra ilk dəfə Məscidül-Həram və Məscidi Nəbəvidə sosial məsafə olmadan namaz qılınıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, sosial məsafə qaydasının ləğvinin açıqlanmasının ardından müsəlmanlar maska taxaraq Məscidül-Həram və Məscidi Nəbəvidə sübh namazlarını qılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi şənbə günü Səudiyyə Ərəbistanında koronavirusla bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.