Məscid şaxtada qalmağa yeri olmayan evsizlərə yardım əlini uzadıb

Məscid şaxtada qalmağa yeri olmayan evsizlərə yardım əlini uzadıb

Kanadanın Edmonton şəhərində yerləşən məscid rəhbərliyi ekstremal hava şəraitini nəzərə alaraq soyuqdan donmaq riski olan sakinlərə yardım əli uzadıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, adıçəkilən şəhərdə havanın temperaturu mənfi 20 dərəcəyək enib və şəhərdə bununla bağlı təcili tədbirlər görülür ki, müsəlman ibadətgahı da bu tədbirlərə qoşulub.

Şəhərdə qalmağa bir yeri olmayan 2 700-dən çox insan var. Məscid müəyyən yaşayış yeri olmayan şəxslərin gecələmələri üçün 75 yer təşkil edib. İsti mühitə və qalmaq üçün bir yerə ehtiyacı olan həmin evsizlər 18:00-dan 08:00-dək bu sığınacaqda qala bilərlər.

Təmiz yataqla yanaşı, məscid onları həm də isti yeməklə də təmin edir.

İnsanlara qayğı və şəfqət göstərmək İslam dininin özəyidir. Edmontonda çox sayda evsiz vətəndaşın olması bizim hamımızın bu vəziyyətə müdaxilə edərək yardım əli uzatmağımızı vacib edir“, – deyə məsciddən qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR