Mərakeş Krallığı ilə İsrail rejimi arasında hava hücumundan müdafiə sahəsində 500 milyon dollarlıq müqavilə imzalanıb.
Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, İsrailin Aerokosmik şirkəti ilə müqavilə 2021-ci ilin noyabrında Mərakeş və sionist rejim arasında müdafiə sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından sonra bağlanıb.
Qeyd edək ki, Mərakeş 2020-ci ilin sonunda ABŞ-ın vasitəçiliyi nəticəsində əldə edilmiş razılaşma ilə İsrail rejimi münasibətləri normallaşdırmağa başlayıb.