Mərakeş Daxili İşlər Nazirliyindən verilən açıqlamada ölkənin bir çox şəhərində hiss edilən zəlzələdə 632 nəfərin öldüyü, 153 nəfərin yaralandığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, məlumata görə, ölümlərin yaşandığı şəhərlər arasında Marrakech, Azilal, Agadir, Varzazat və Chichaoua da var.
Mərakeş Milli Geofizika İnstitutu, Mərakeşdə baş verən zəlzələnin ölkə tarixində ötən əsrin ən böyük zəlzələsi olduğunu açıqlayıb.