Mərakeşdə zəlzələdə ölənlərin sayı 2862 nəfərə çatıb

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2862 nəfərə çatıb

Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ Mərakeş dövlət televiziyasına istinadla məlumat yayıb.

Bildirilib ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.

Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

Xəbəri paylaş

VİDEOLAR