Mərakeşdə zəlzələ nəticəsində 50 min ev tamamilə və ya qismən dağılıb

Mərakeşdə zəlzələ nəticəsində 50 min ev tamamilə və ya qismən dağılıb

Mərakeşdə baş verən və 2946 nəfərin ölümünə səbəb olan 7 bal gücündə zəlzələdə təxminən 50 min ev tamamilə və ya qismən dağılıb.

Az.rasthaber.com xəbər verir ki, Mərakeş Kral Divanından verilən yazılı açıqlamaya görə, zəlzələ nəticəsində yurd-yuvasız qalanların  sığınacaq ehtiyaclarının ödənilməsi və lazımi yardımların çatdırılması ilə əlaqədar fövqəladə hal proqramının həyata keçirilməsi üçün Kral VI Məhəmmədin sədrliyi ilə xüsusi iclas keçirilib.

Açıqlamada zəlzələdən zərər çəkmiş 5 bölgədə təxminən 50 min evin tamamilə və ya qismən dağıldığı, dövlətin zəlzələdən zərər çəkmiş ailələrə 30 min dirhəm (təxminən 3 min dollar) məbləğində təcili yardım edəcəyi qeyd edilib.

Açıqlamada tamamilə dağılan evlər üçün 140 min dirhəm (təxminən 14 min dollar), qismən dağılmış  evlər üçün isə 80 min dirhəm (təxminən 8 min dollar) birbaşa maliyyə yardımı veriləcəyi bildirilib.

Sentyabrın 8-də yerli vaxtla saat 23.10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Mərakeşlə yanaşı,  Rabat, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.

Mərakeş Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, zəlzələ nəticəsində 2 min 946 nəfər həyatını itirib, daha 5 min 674  nəfər də yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR