Mərakeşdə həyatını itirənlərin sayı 3 minə çatıb

Mərakeşdə həyatını itirənlərin sayı 3 minə çatıb

Mərakeşdə sentyabrın 8-nə keçən gecə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2960-a yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş kabinet iclasından sonra mətbuata verdiyi açıqlamada bildirib: “Zəlzələdə ölənlərin sayı 2960-a yüksəlib.

Dağılmış evlərin müəyyənləşdirilməsi davam edir.

Hökumət zərər çəkən evlərin hesablanmasını oktyabrda başa çatdıracaq. Bu aydan isə bir il boyu zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2500 dirhəm (250 dollar) veriləcək”.

Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə episentri Huz bölgəsi olan 7 bal gücündə zəlzələ baş verib. Əhalisinin üçdə ikisinə bərabər olan 2,8 milyon adam zəlzələdən zərər çəkib, dağılan evlərin təxmini sayı 60 mindir.

Xəbəri paylaş

VİDEOLAR