Mərakeş İraqda səfirliyini yenidən açıb

Mərakeş İraqda səfirliyini yenidən açıb

Mərakeş yeddi ildən sonra İraqda səfirliyini yenidən açıb.

Az.rasthaber.com xəbər verir ki, Mərakeşin xarici işlər naziri Nasir Burayta bu gün İraqa səfər edib.

Bu səfər çərçifəsində Mərakeşin Bağdaddakı səfirliyinin yenidən açılışı olub.

Qeyd edək ki, Mərakeş 2014-cü ildə İŞİD terror təşkilatının İraq ərazisinin üçdə birini zəbt edən zaman Bağdadda səfirliyini bağlamışdı.

Həmin zaman bir sıra ərəb və Avropa dövlətləri də diplomatik nümayəndəliklərini İraqdan çıxartmışdı.

Xəbəri paylaş

VİDEOLAR