Mossadın sabiq rəhbəri İran və İsrail müharibəsi barədə

Mossadın sabiq rəhbəri İran və İsrail müharibəsi barədə

“İki ölkənin bir-birilə müharibəsi haqda danışmaq hələ çox tezdir. Lakin vəziyyət belə davam etsə qarşıdurma nəzarətdən çıxa bilər.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Mossad-ın sabiq rəhbəri Evraem Halevi BBC-ə açıqlamasında deyib.

Son zamanlarda İsrailin İranla qonşu olan ölkələrə səfər barədə xəbərdarlıq etməsinə, habelə Türkiyədə olan İsrail vətəndaşlarının təcili geri çağırılmasına münasibət bildirən sabiq Mossad rəhbəri vəziyyətin belə davam edəcəyi təqdirdə qarşıdurmanın nəzarətdən çıxa biləcəyini deyib.

Mossadın sabiq rəhbəri İranın daxilində bəzi ölüm hallarının İsrailə nisbət verilməsində ehtiyatlı olmağa çağırıb və bu kimi proseslərin qarşıdurmanın nəzarətdən çıxaracağına səbəb olacağını deyib.

Qeyd edək ki, son həftələrdə İran və İsrail hərbi rəsmiləri bir-birinə zərbə endirmək barədə xəbərdarlıq mesajları verirlər.

Xəbəri paylaş

VİDEOLAR