"Mossadın İraqın daha 5 vilayətində qərargahı mövcuddur"

İraq Müsəlman Alimlər Birliyinin Diyala vilayəti üzrə rəhbəri Mossadın Ərbildən başqa daha 5 vilayətdə qərargahının olduğunu və Kürdüstan bölgəsi rəsmilərinin bunu inkar etməsinin faydasız olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, dünən İraqın Diyala əyalətindəki Müsəlman Alimlər Birliyinin rəhbəri Cabbar əl-Məmuri Mossadın Ərbildəki qərargahına raket hücumu barədə danışıb.
Əl-Məmuri əl-Məlumə xəbər saytına verdiyi müsahibəsində bildirib:
"Əlimizdə, Mossadın gizli bazalarının sadəcə Ərbildə deyil, digər beş əyalətdə də olduğunu sübut edən dəlillər mövcuddur. Onların işi beş əsas məqsədə, xüsusilə də fitnə, etnik və məzhəblərarası qarşıdurma, nifrət, sui-qəsd, əxlaqi pozğunluq, narkotiklərin geniş yayılması və gənclər arasında azğınlığın artırılmasına xidmət edir. İraq xalqı Ərbil hakimiyyətinin Mossad bazalarının mövcudluğunu inkar etmək səylərinə inanmır, çünki xalq başa düşür ki, bu bazalar illərdir var və İsrailə neft satışı buna ən yaxşı sübutdur”.

Xəbəri paylaş

VİDEOLAR