İraqın Ərbil şəhərində Ərbil-Pirmam yolunda həyata keçirilən pilotsuz təyyarə hücumu nəticəsində 3 mülki vətəndaşın yaralandığı bildirilib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, bu haqda İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Xarici Media Əlaqələri üzrə məsul işçisi Lawk Qafuri Twitter hesabında paylaşım edib.
Qafuri paylaşımında, axşam saat 21.30-da Ərbil-Pirmam yoluna pilotsuz uçuş aparatı ilə (PUA) hücum edildiyini, hücum nəticəsində 3 mülki şəxsin yaralandığını və çox sayda mülki avtomobilin zədələndiyini açıqlayıb.
Al Mayadeen xəbər saytı Mossad sui-qəsd bölməsinin komandirinin pilotsuz təyyarənin hücumu nəticəsində öldüyünü bildirib.
İraqın baş naziri Mustafa Əl-Kazımi ilə KRG baş naziri Məsrur Bərzani arasında telefon danışığı zamanı Ərbil hücumunun Ərbil və Bağdad hökuməti arasında koordinasiyanı pozmaq məqsədi daşıdığı bildirilib.