MOSSAD rəhbərinin gizli məlumatları ələ keçirilib

MOSSAD rəhbərinin gizli məlumatları ələ keçirilib

Sionist mənbələr ötən aylar ərzində işğal olunmuş ərazilərdə mühüm şirkətlərə qarşı bir neçə kiber hücumu barədə məlumatlar yayıblar.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, müxtəlif qrupların sionist rejimin infrastrukturlarına qarşı kiber hücumları və onların həyati məlumatlarını əldə edib, bu məlumatları yaymaları həmin rejimin puç kiber əzəmətinin çökməsinə gətirib çıxarıbdır.

İbridilli medialar dünən axşam saatlarında sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın rəisi David Barneanın informasiyalarının böyük ehtimala qarşı sındırılmasından xəbər veriblər.

«Açıq əllər» adlı haker qrupunun son zamanlar bir teleqaram kanalında yaydığı video-çarxda MOSSAD rəisinin gizli sənədləri, şəxsi məlumatları və maliyyə hesabatları ifşa olundu.

Bundan öncə «Musanın əsası» adlı haker qrupu sionist rejim ordusu üçün hərbi silahlar istehsalı sahəsində fəaliyyət göstərən «Rafael» şirkətinin kameralarının, həmçinin işğal olunmuş Fələstinin küçələrindəki qapalı kameraların uğurla sındırılmasından xəbər vermişdi.

Xəbəri paylaş

VİDEOLAR