Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.
İclası Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.
O bildirib ki, iclasın sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə töhfə verəcək.
İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər.
Nazirlər iclasın yekununda 2022-ci il üzrə birgə fəaliyyət planını və hərbi əməkdaşlığın inkiaf perspektivini müəyyənləşdiriblər.
Görüşdə həmçinin 2022-ci ildə MDB ölkələri tərəfindən hava hücumundan müdafiə üzrə kompüterləşdirilmiş komanda-qərargah təliminin keçirilməsi ilə bağlı qərar qəbul olunub.