Moskvada gün ərzində 51 nəfər koronavirusdan ölüb

Moskvada gün ərzində 51 nəfər koronavirusdan ölüb

Son sutka ərzində Moskvada daha 51 nəfər yeni növ koronavirus infeksiyası səbəbi ilə ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirus infeksiyası ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə Operativ Qərargahından məlumat verilib.

“Son sutka ərzində Moskvada 51 xəstə ölüb. Onların hamısına sətəlcəm diaqnozu qoyulmuşdu və koronavirus testlərinin nəticələri müsbət idi”, - məlumatda bildirilir.

Ümumilikdə, paytaxtda belə diaqnozlu 2 970 nəfər ölüb.

Koronavirus xəstələrinin sayına görə Rusiyada birinci yeri tutan Moskvada son gündə daha 1 956 nəfər virusa yoluxub, ümumi yoluxanların sayı 195 017 nəfərə çatıb. Şəhərdə 102 714 xəstə sağalıb.

Xəbəri paylaş

VİDEOLAR