Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir.

Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş

VİDEOLAR