MN: İşğaldakı bəzi kəndlərimiz azad edildi, düşmən postları darmadağın edildi

MN: İşğaldakı bəzi kəndlərimiz azad edildi, düşmən postları darmadağın edildi

“Uzun illər işğal altında olan Füzulinin bir sıra kəndləri azad edilib.”

Rasthaber xəbər verir ki,  bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli-Cərbayaıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Anar Eyvazov həmçinin deyib ki, KİV xəbərləri ancaq təsdiqlənmiş olduğu halda yaysınlar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovla birgə keçirdiyi mətbuat brifinqində bildirib ki, artıq real nəticələr var, bir sıra strateji yüksəklikər, bir sıra ərazilər, kəndlər işğaldan azad edilib.

Xəbəri paylaş

VİDEOLAR