Mən geri qayıdıram

Mən geri qayıdıram

Bunu Saakaşvili bildirib

Ukrayna Milli İslahatlar Şurasının İcra Komitəsinin başçısı vəzifəsində çalışan Saakaşvili Gürcüstanda qarşıdan gələn parlament seçkilərinə dəfələrlə münasibət bildirərək qeyd edib ki, hazırkı Gürcüstan rəhbərliyinin qanuniliyini tanımır və seçkilərdə ön cəbhədə mübarizə aparmağa hazırdır. Onun bu bəyanatları Gürcüstanın Kiyevdəki səfirini geri çağırmasına səbəb olub - Tbilisi eks-prezidentin fikirlərini Gürcüstanın dövlətdaxili işlərinə müdaxilə hesab edir.

Rasthaber bildirir ki, sonra o deyib: “Tanrı şahiddir, mən öz xalqım üçün daha yaxşısını istəyirdim. Xalqımın daha yaxşı, daha varlı yaşamasını istəyirdim və hər bir halda yol verilmiş xətalara görə hər kəsdən üzr istəmək istəyirəm. 7 il ərzində elə bir gün olmadı ki, mən Gürcüstanla bağlı xəbərlərlə maraqlanmayım və mən dəqiq bilirəm ki, mənim prezidentlik dövrüm bihudə keçməyib və bizim yaratdığımız bir çox şey indiyədək qalıb və qüvvədədir. Lakin eyni zamanda, mən Gürcüstandan xəbərlər eşidəndə anlayıram ki, biz qat-qat daha yaxşı yaşaya bilərik, hər bir gürcü daha varlı yaşaya bilər və bu, bizdə alınacaq. Mən geri qayıdıram!”

Xəbəri paylaş

VİDEOLAR