Məkkədə Ərəfə gününün əməllərinə start verilib

Məkkədə Ərəfə gününün əməllərinə start verilib

Məkkəyə həcc mərasiminə yollanan hacılar Ərəfə gününün əməllərinə başlayıblar. Belə bir gündə hacılar Ərəfə çölünə gedir və bu günü ibadətlə məşğul olmaqla keçirirlər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Məkkədə hacılar ilk əməlini Minaya getməklə başlayırlar. Zilhiccə ayının doqquzuncü günü ikinci əsas əməl olaraq hacılar Ərəfə və ya Ərəfat çölünə yollanırlar. Ərəfə günü il ərzində ilahi rəhmətin insanlara ən çox şamil olunduğu günlərdən biridir. Bu gün hacılar Ərəfə səhrasına gedərək, orada gün batana qədər ibadət edirlər. 

Bu arada Səudiyyə Ərəbistanın Həcc Nazirliyi bir milyona yaxın hacının Minadan və digər yerlərdən Ərəfə çölünə daşımaq üçün 9,500 avtobusun nəzərdə tutulduğunu və Ərəfə çölündə onların ayinlərini yerinə yetirmək üçün bütün infrastruktur və xidməti işlərin görüldüyünü bildirib.

Xəbəri paylaş

VİDEOLAR