20.09.2021 13:13:38
Terrorçuların çoxu İraq, Səudiyyə və Tunis vətəndaşlarıdır.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusu 60 İŞİD terrorçusunu peyvənd olduqdan sonra Hasekedə bir hərbi bazaya aparıblar.
Bu haqda Suriyanın rəsmi xəbər agentliyi Sana məlumat yayıb.
Qeyd olunur ki, Suriya Demokratik Güclərinə aid Qamışlı bölgəsindəki həbsxanada olan 60 İŞİD terrorçusu koronavirusa qarşı peyvənd olunduqdan sonra hərbi təlimlər almaq üçün Hasekedə Şaddadi hərbi bazasına göndəriliblər.
Kəşfiyyat mənbələri bildiriblər ki, ABŞ hərbi vertolyotu əməkdaşlığa razı olan 60 İŞİD terrorçusunu bu bazaya gətirib.
Terrorçuların çoxu İraq, Səudiyyə və Tunis vətəndaşlarıdır.