MİT PKK-nın Rusiyadakı aktiv fəalını həbs edib

MİT PKK-nın Rusiyadakı aktiv fəalını həbs edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Antalya Polis İdarəsi bölücü terror təşkilatı PKK-nın Rusiyadakı quruluşunda aktiv fəaliyyət göstərən Bari Yusubovu ələ keçirib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, PKK Terror təşkilatı adına Rusiyada fəaliyyət göstərən və 2020-ci ildən bəri MİT-in nəzarəti altında olan Yusubov tutulduqdan sonra qarşısına çıxarıldığı məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Onun Rusiyada, Qazaxıstanda, Ermənistanda və İraqın Mahmur düşərgəsində PKK terror təşkilatının təbliğat fəaliyyətlərində iştirak etdiyi müəyyən olunub.

Bari Yusubovun bölücü təşkilatın yüksək rütbəli üzvləri ilə yaxın münasibətdə olduğu və onların əməliyyatlarına aktiv şəkildə qatıldığı təsbit edilib.

Xəbəri paylaş

VİDEOLAR