Misirin keçmiş diktatoru Hüsnü Mübarək öldü

Misirin keçmiş diktatoru Hüsnü Mübarək öldü

Misirin keçmiş prezidenti Hüsnü Mübarək 91 yaşında vəfat edib.

Misirin keçmiş prezidenti Hüsnü Mübarək 91 yaşında vəfat edib.

Rasthaber Azərbaycan  Sputnik-ə istinadla xəbər verir ki, ölkənin dördüncü prezidenti Mübarək uzun sürən xəstəlikdən sonra həyata vida edib.

O, 25 yanvar inqilabı nəticəsində 2011-ci il fevralın 11-də istefa verənədək 30 il ərzində Misiri idarə edib.

24 may 2011-ci ildə Mübarək və oğulları Əla və Camal etirazçıların öldürülməsi və korrupsiya ittihamı ilə mühakimə olunub. 19 avqust 2013-cü ildə Mübarək korrupsiya ittihamlarından birindən bəraət alıb və iki gün sonra məhkəmə onun həbsdən azad edilməsi barədə qərar verib.

Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçi olan Mübarək 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub.

1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib.

Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub. 1949-cu ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, leytenant rütbəsi alıb. 1950-ci ildə Bilbeys şəhərində Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub. 1956-cı il Süveyş müharibəsində iştirak edib. 1969-cu ildə Misir prezidenti Qamal Əbdül Naser onu Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edib. 1975-ci ildə Misir Respublikasının vitse-prezidenti təyin olunub. 1978-ci ilin avqustunda Misirdə "Milli Demokratik Partiya" yaradılır və Hüsni Mübarək onun sədr müavini, 1982-ci ildə isə partiyanın baş katibi təyin olunur.

O vaxtkı prezident Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi paradda öldürüldükdən sonra, ölkə konstitusiyasına müvafiq olaraq, Hüsnü Mübarək prezident təyin edilib. Ənvər Sədata sui-qəsd zamanı Hüsnü Mübarək özü də əlindən yaralanıb.

Mübarək oktyabrın 14-də Misir prezidenti vəzifəsinə keçdikdən dərhal sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. O, 1987, 1993 və 1999-cu illərdə keçirilən referendumlarda səs çoxluğu ilə yenidən prezident seçilib. 2005-ci ildə Misir Konstitusiyasına dəyişiklik edilib, bu dəyişikliklərə əsasən, partiyalar prezident postuna öz namizədlərini irəli sürmək hüququ qazanıblar. Yeni sistemlə ilk seçki 2005-ci ildə keçirilib və Hüsnü Mübarək yenə qələbə qazanıb.

Xəbəri paylaş

VİDEOLAR