Misir Statistika İdarəsinin məlumatına görə, son doqquz ayda bu ölkənin əhalisi 1 milyon nəfər artaraq 103 milyona çatıb.
Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Bu, Şimali Afrika və Yaxın Şərq ölkələri arasında ən yüksək göstəricidir.
Son bir il ərzində Misirdə hər 14 saniyədə bir körpə dünyaya gəlib. Statistika göstərir ki, bu gedişlə 2032-ci ildə bu ölkənin əhalisinin sayı 125 milyon nəfərə çatacaq.