Misirdə özəl təyyarə əl-Quna şəhərciyinin havalimanın eniş zolağına çırpılıb.
Rasthaber xəbər verir ki, Xurqada şəhərindən 20 km məsafədə baş vermiş hadisə nəticəsində 2 nəfər həlak olub.
2 nəfərlik yüngül gəzinti təyyarəsi eniş etmək istəyərkən zolağa çırpılıb.
Misir vətəndaşları olan pilot və sərnişin aldıqları çoxsaylı zədə və xəsarətlər nəticəsində xəstəxanada dünyalarını dəyişiblər.