Misirdə polis bölməsinə hücum zamanı dörd nəfər ölüb

Misirdə polis bölməsinə hücum zamanı dörd nəfər ölüb

Misirdə məhbusların polis bölməsinə hücumu nəticəsində azı dörd təhlükəsizlik işçisi həlak olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik xidmətindəki iki mənbəyə istinadən məlumat yayıb.

Daha 6 nəfər xəsarət alıb. Ölənlər arasında polis polkovniki də var.

Agentliyin məlumatına görə, bir qrup məhbus Sinay yarımadasının şimalında yerləşən El Ariş şəhərinin mərkəzi polis idarəsində silah-sursat ələ keçirərək təhlükəsizlik əməkdaşlarına hücum edib.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.

Xəbəri paylaş

VİDEOLAR