Misirdə matəm elan olundu - SƏBƏB

Misirdə matəm elan olundu - SƏBƏB

Misirdə Mərakeşdə baş verən zəlzələ və Liviyada baş verən daşqınlar nəticəsində həyatını itirənlər ilə əlaqədar 3 günlük matəm elan edilib.

Az.rasthaber.com xəbər verir ki, Misir Prezident Aparatından verilən bəyanatda prezident Əbdülfəttah əs-Sisinin bu səhər bəzi ordu komandirləri ilə görüşdüyü bildirilib.
Bəyanatda Sisinin Mərakeşdə baş verən zəlzələ və Liviyada baş verən daşqınlar ilə əlaqədar bu ölkələrə başsağlığı verdiyi qeyd edilib.
“Mərakeş və Liviyadakı qardaşlarımızla həmrəylik çərçivəsində Misirdə üç günlük matəm elan edilib” deyilən bəyanata görə, Sisi Silahlı Qüvvələrə həm hava, həm də dəniz yolu ilə Mərakeş və Liviyaya təcili humanitar yardım göndərilməsi və hər cür humanitar dəstəyin verilməsi ilə əlaqədar göstəriş verib.
Mərakeş Daxili İşlər Nazirliyi cümə günü axşam saatlarında baş verən zəlzələ nəticəsində indiyədək 2 min 862 nəfərin öldüyünü, 2 min 562 nəfərin isə yaralandığını açıqlayıb.
Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, Liviyanın şərqində baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 3 mini keçib, itkin düşənərin sayı da 10 minə çatıb.

Xəbəri paylaş

VİDEOLAR