Ölkədə 2065 nəfər koronavirusa yoluxub, 146 nəfər ölüb.
Rasthaber Azərbaycan "Eastnews"a istinadən verdiyi xəbərə görə, Misirin Rabitə naziri ABŞ-lı bir qadının Qəsr şəhərində koronavirusu 56 nəfərə yoluxdurduğunu və virusun ondan sonra yayıldığını söyləyib.
Bu barədə Misirin "Əl-Həyat" telekanalı məlumat yayıb.
Məlumata görə, nazir Usama Hikel verdiyi açıqlama zamanı bildirib ki, hökumətin turizm sektorundan qazancı ilk dəfə sıfıra enib və aviasiya sektoruna 3 milyard dollar ziyan dəyib.
Qeyd edək ki, Misir Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə 2065 nəfər koronavirusa yoluxub, 146 nəfər ölüb.