Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Az.rasthaber.com "Trend"ə istinadən xəbər verir ki, söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər
Bildirilib ki, tərəflər “aralarındakı həll edilməmiş məsələlərin həlli üçün ciddi addımlar atmağa” razılaşıblar. Söhbət zamanı Qəzza zolağında vəziyyətin inkişafına da toxunulub, “İslam ölkələrinin birliyinin qorunmasının vacibliyi” vurğulanıb. Bu telefon danışığı prezident Əbdülfəttah əs-Sisinin yenidən Misirin başçısı seçilməsindən sonra ilk telefon danışığı olub.