Misir təhlükəsizlik rəsmisi: Qəzzanın cənubunda atəşkəs barədə razılığa gəlinib

Misir təhlükəsizlik rəsmisi: Qəzzanın cənubunda atəşkəs barədə razılığa gəlinib

İşğalçı sionist rejim və Fələstin müqavimət qüvvələri arasında toqquşmaların 10-cu gününə girdiyi bir vaxtda Misirin təhlükəsizlik qüvvələrinin iki mənbəsi bildiriblər ki, Misir, sionist rejim və ABŞ Rəfah sərhəd qapısının yenidən açılması ilə eyni vaxtda Qəzzanın cənubunda atəşkəsə başlamaq barədə razılığa gəliblər.

Az.rasthaber.com xəbər verir ki, mənbələr atəşkəsin bir neçə saat davam edəcəyini bildirsə də, dəqiq müddətlə bağlı heç bir məlumat yoxdur.

Sionist rejim ordusu və ABŞ-ın işğal olunmuş ərazilərdəki səfirliyindən heç bir şərh verilməyib.

Həmas rəsmilərindən heç bir açıqlama verilməyib.

Digər tərəfdən, sionist rejim ordusunun gecə boyu Qəzza zolağının müxtəlif bölgələrini hava hücumları ilə bombalamağa davam etdiyi bildirilib.

Fələstin Səhiyyə Nazirliyi sionist rejimin hücumları nəticəsində Qəzzada 2670 nəfərin şəhid olduğunu, 9600 nəfərin isə yaralandığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR