Misir Sloveniyanın Fәlәstinlә bağlı qәrarını alqışladı

Misir Sloveniyanın Fәlәstinlә bağlı qәrarını alqışladı

Misir Sloveniyanın Fələstini bir dövlət kimi tanımasını alqışlayıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd rəsmi ''X'' internet səhifəsində məsələ ilə bağlı paylaşım edib.

Əbu Zeyd qərarın iki dövlətli həll baxımından çox  əhəmiyyətli bir addım olduğunu vurğulayaraq, qərardan məmnunluğunu ifadə edib.

Misir sözçüsü qeyd edib ki, qərar iki dövlətli həllin həyata keçirilməsi üçün beynəlxalq səyləri gücləndirəcək.

Sloveniyanın Baş naziri Robert Qolob da rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:"Bu gün Fələstinin suveren və müstəqil dövlət kimi tanınması İordan çayının qərb sahili və Qəzzada Fələstin xalqına ümid verir".

Xəbəri paylaş

VİDEOLAR