Misir, işğalçı rejimdən bir jurnalistin 1967-ci il müharibəsində İsrail əsgərlərinin 20 Misir əsgərini diri-diri yandıraraq kütləvi məzarlığa basdırdığı xəbəri ilə bağlı Təl-Əvivdən araşdırma tələb edib.
Az.rasthaber.com xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Təl-Əviv səfirliyinə mediada gedən xəbərləri və oradakı məlumatların düzgünlüyünü araşdırma tələb etmək üçün İsrail hakimiyyəti ilə əlaqə saxlamaq tapşırılıb.
Qeyd edək ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı işğalçı İsrail rejimindən hələlik heç bir açıqlama verilməyib.