Misir Prezidenti 12 ildən sonra Türkiyəyə səfər edəcək

Misir Prezidenti 12 ildən sonra Türkiyəyə səfər edəcək

Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Ankara 12 ildən sonra Misir prezidentinin səfərinə ev sahibliyi edəcək.

Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi qonağı olaraq ilk dəfə Türkiyəyə gələcək. Ərdoğan həmkarını Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

Prezidentlər Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcəklər.

İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı və bölgəyə edilən humanitar yardımlar da səfərin əsas gündəm maddələrindəndir.

Ərdoğan və Sisi ən qısa zamanda atəşkəsin təmin edilməsi üçün atılacaq birgə addımları qiymətləndirəcək. Regional məsələlərdə daimi sabitlik, sülh və əmin-amanlığın bərqərar olması üçün nələrin edilə biləcəyi müzakirə ediləcək.

Xəbəri paylaş

VİDEOLAR