Misir sionist rejimini sionistlərlə fələstinli qruplar arasında vasitəçilik fəaliyyətlərini dayandırmaqla hədələyib.
Az.rasthaber.com xəbər verir ki, İsrail mediasının məlumatına görə, Misir çərşənbə axşamı işğalçı qüvvələrin bazar ertəsi səhərindən bəri 11 fələstinlinin şəhid olması ilə nəticələnən Cenin hərbi əməliyyatına cavab olaraq belə bir təhdidi ünvanlayıb.
Misir İsrailə bu əməliyyatın "Fələstin ərazilərində təhlükəsizlik vəziyyətini təhlükə altına saldığı" barədə xəbərdarlıq edib
Əlavə olaraq, bazar ertəsi səhər saatlarında Fələstin rəhbərliyi Cenin hücumundan sonra İsrail tərəfi ilə təmas və görüşləri, eləcə də israillilərlə təhlükəsizlik koordinasiyasını dayandırmaq qərarına gəlib.