Misir: İsrail beynəlxalq təzyiqə məruz qalmalıdır

Misir: İsrail beynəlxalq təzyiqə məruz qalmalıdır

Misirin xarici işlər naziri Qəzzaya humanitar yardımların tam şəkildə daxil olmasına icazə vermək üçün sionist rejimə beynəlxalq təzyiq göstərməyə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Misirin xarici işlər naziri “Sameh Şukri” cinayətkar sionist rejimin mühasirəsi və quru, hava və dəniz hücumları altında olan Qəzza zolağına tam miqyaslı humanitar yardımların çatdırılmasını istəyib.

Bu barədə Misir Xarici İşlər Nazirliyi bəyanat yayıb. Çərşənbə günü Sameh Shukri Britaniya hökumətinin Yaxın Şərq məsələləri üzrə müşaviri "Tareq Əhməd"dən telefon daşığə vasitəsi ilə  Qəzzadakı fəlakətli humanitar vəziyyəti müzakirə ediblər.

Bu bəyanatda Misirin xarici işlər nazirinin "Qəzzəyə yardım və humanitar yardımların tam şəkildə çatdırılmasının" zəruriliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR