"20 Yanvar" hadisələrini Azadlıq Radiosu vasitəsiylə ilə dünyaya çatdırmış Mirzə Xəzər ölüb
Tanınmış jurnalist, "20 Yanvar" hadisələrini Azadlıq Radiosu vasitəsiylə ilə dünyaya çatdırmış Mirzə Xəzər Almaniyada vəfat edib.
Azadlıq Radiosunun Azərbaycan xidmətinin keçmiş direktoru və hazırda "Настоящее Время" telekanalının baş redaktoru Kənan Kazımoğlu BBC News Azərbaycancaya deyib ki, Mirzə Xəzər yanvarın 31-də Almaniyanın Munich şəhərində vəfat edib.
Mirzə Xəzərin ailə dostu Billurə Sultanova BBC News Azərbaycancaya deyib ki, "o, ev şəraitində uzun sürən xəstəlikdən sonra vəfat edib".
"Mirzə Xəzərin bronxial astması var idi və bu xəstəlikdən uzun müddət müalicə alıb. On ilə yaxındır, xəstəxanada, evdə müalicə alıb", - Billurə Sultanova deyib.