Əmir Abdullahiyan və İsmayıl Haniyə arasında telefon danışığı olub

Əmir Abdullahiyan və İsmayıl Haniyə arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə Qəzzadakı son hadisələri müzakirə edib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən axşam HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb.

Görüş zamanı İsrailin Qəzzaya hücumlarının qarşısını almaq üçün lazım olan hər hansı vasitədən necə istifadə ediləcəyi müzakirə olunub.

Bu yaxınlarda Qətərə səfər edən Əmir Abdullahiyan paytaxt Dohada Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

Görüşdə Əmir Abdullahiyan Fələstin məsələsinin əvvəlki kimi İslam dünyasının ən mühüm məsələsi olduğuna diqqət çəkərək deyib:

“Fələstinə dəstək dini, humanitar və mənəvi bir məsuliyyətdir və bu gün hər zamankından daha çox bütün müsəlmanlar, möminlər və azadlıqsevər insanlar Fələstini dəstəkləməlidir və məzlum Fələstin xalqının yanında olmalıdır".

Xəbəri paylaş

VİDEOLAR