Əmir Abdullahiyan Məhəmməd bin Salmanla görüşüb

Əmir Abdullahiyan Məhəmməd bin Salmanla görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin vəliəhdi Məhəmməd bin Salman ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, rəsmi təmaslar üçün Səudiyyə Ərəbistanında olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Bu görüşdə tərəflər ikitərəfli münasibətlər və regional məsələlər ətrafında məsləhətləşmələr aparıblar.

Bu görüşdə Əmir Abdullahiyan İranın Səudiyyə Ərəbistanı və region ölkələri ilə əlaqələri inkişaf etdirmək istəyinə toxunub.

"İran və Səudiyyə Ərəbistanı siyasi, iqtisadi, ticarət, nəqliyyat, elm və texnologiya, mədəni dəyərlər daxil olmaqla, hərtərəfli əməkdaşlığı inkişaf etdirməklə region üçün daha böyük inkişaf və çiçəklənməyə nail ola bilərlər.".

Əmir Abdullahiyan İran və Səudiyyə Ərəbistanının region və İslam dünyasındakı yeri və roluna toxunaraq, Fələstin və Qüds məsələsini İslam dünyasının əsas məsələsi adlandırıb və sionist rejimi hər kəs üçün təhlükə kimi dəyərləndirib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı kralının salamlarını Ali İnqilabın Rəhbəri Ayətullah Xameneiyə və Seyid İbrahim Rəisiyə çatdırıb:

"Səudiyyə Ərəbistanının İranla münasibətlərə baxışı strateji xarakter daşıyır və Ər-Riyadın bu məsələdə ciddi qətiyyəti var.".

Məhəmməd bin Salman İran prezidentini Səudiyyə Ərəbistanına səfərə dəvət edərək, "İki ölkə liderlərinin görüşünün ikitərəfli və hərtərəfli əlaqələrin inkişafı və dərinləşməsi üçün əhəmiyyətli təsirləri olacaq", - deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR