İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İranın Ər-Riyaddakı səfirliyinə baş çəkib.
Az.rasthaber.com xəbər verir ki, İranın Ər-Riyaddakı yeni səfiri vəzifəsinə təyin edilən İran xarici işlər nazirinin müavini Əlirza Enayeti Səudiyyə Ərəbistanına səfəri zamanı Əmir Abdullahiyanı müşayiət edir.
Enayeti tezliklə səfirlikdə fəaliyyətə başlayacaq.
Səudiyyə Ərəbistanının İranın paytaxtı Tehrandakı səfirliyi avqustun 6-da rəsmən fəaliyyətə başlayıb.
Ər-Riyad və Tehran 7 illik fasilədən sonra martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.