Əmir Abdullahiyan HƏMAS-ın yüksək rütbəli rəsmiləri ilə görüşüb

Əmir Abdullahiyan HƏMAS-ın yüksək rütbəli rəsmiləri ilə görüşüb

Livanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian HƏMAS və İslami Cihadın yüksək rütbəli rəsmiləri ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Xarici işlər naziri Hüseyn Hüseyn Əmir Abdullahian Livana səfəri çərçivəsində HƏMAS və İslami Cihad rəsmiləri ilə yüksək səviyyəli görüş keçirib.

Görüşdə Fələstin və Qəzzada baş verən son hadisələr müzakirə edilib.

HƏMAS və İslami Cihadı təmsil edən rəsmilər Əl-Əqsa tufanı əməliyyatının sionist İsrail, xüsusilə Netanyahu kabineti tərəfindən Fələstin xalqına qarşı davam edən qətllərə və Məscidül-Əqsaya edilən hücumlara reaksiya olaraq həyata keçirildiyini vurğulayaraq deyiblər:

"Sionist rejimin günahsız Qəzza xalqına qarşı törətdiyi hərbi cinayətlərə baxmayaraq, Fələstin müqavimət qrupları bu rejimin təcavüzü qarşısında dayanır və müqavimətçilərin motivasiyası və mənəviyyatı çox yüksəkdir. 

Əmir Abdullahiyan deyib:

"Hətta Qərb ölkələri belə hesab edir ki, Əl-Əqsa tufanı Netanyahunun ekstremizminə cavabdır".

İranlı nazir Livandakı təmasları çərçivəsində Hizbullah lideri Həsən Nəsrullah ilə də yüksək səviyyəli görüş keçirib.

Xəbəri paylaş

VİDEOLAR