Əmir Abdullahiyan Bəşər Əsədlə görüşüb

Əmir Abdullahiyan Bəşər Əsədlə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dəməşq təmasları çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti dünən Suriyanın paytaxtı Dəməşqə gedib. Əmir Abdullahiyan Dəməşq təmasları çərçivəsində bu gün Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Görüşdə Əmir Abdullahiyani İran prezidenti Seyid İbrahim Rəisinin səmimi salamlarını Bəşər Əsədə çatdırıb, Suriya liderini Tehrana səfərə dəvət edib və İran prezidentinin bu dəvətini ona çatdırıb.

Əmir Abdullahiyan Suriya və İran arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əmir Abdullahiyan Suriyanın milli suverenliyi və ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayaraq deyib:

“İran İslam Respublikası terrorla mübarizədə Suriyanın yanında olacaq”.

Suriya lideri Əsəd Tehran hökumətini və İran xalqını İranın BRİKS qrupuna rəsmi üzvlüyü münasibətilə təbrik edib və deyib:

Bu, dünyanın dəyişdiyini və müdafiə etdiyimiz məsələlərin doğru olduğunu göstərir.

Bəşər Əsəd İran və ərəb ölkələri arasında sağlam münasibətlərin regionun sabitliyi və rifahına töhfə verdiyinə diqqət çəkib.

Xəbəri paylaş

VİDEOLAR