Əmir Abdullahiyan Bəşər Əsədlə görüşüb

Əmir Abdullahiyan Bəşər Əsədlə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi səfərə getdiyi Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, rəsmi təmaslar üçün dünən yüksək səviyyəli siyasi heyətlə Dəməşqə gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Əmir Abdullahiyanın Dəməşqə səfəri zamanı Suriyanın xarici işlər naziri Feysəl Miqdad və Suriya milli təhlükəsizlik müşaviri Əli Məmlüklə də görüşəcəyi bildirilib.

Xatırladaq ki, Abdullahiyan Dəməşqə səfərindən əvvəl, iki günlük Livana səfər edib və xarici işlər naziri, baş nazir, parlamentin sədri və Hizbullahın baş katibi ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR