Livanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Hizbullahdan verilən yazılı açıqlamaya görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi danışıqlar aparmaq üçün gəldiyi Livanın paytaxtı Beyrutda Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.
Görüş zamanı Fələstində və bölgədə, eləcə də Livanda baş verən son hadisələrin müzakirə edildiyi bildirilib.
Suriyadan sonra xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Livanın paytaxtı Beyruta gedib.
Əmir Abdullahiyan Beyrut səfəri çərçivəsində bir qrup Fələstin müqavimət liderləri ilə birgə iclas keçirib.