Əmir Abdullahian Küveytin yeni əmiri ilə görüşüb

Əmir Abdullahian Küveytin yeni əmiri ilə görüşüb

Küveytə başsağlığı ziyarətinə gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Küveytin yeni əmiri Şeyx Məşəl Əl-Əhməd ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisinin başsağlığını çatdıran nazir Əmir Abdullahian İranın Küveytə hər zaman dəstəyini davam etdirəcəyini bildirib.

İran və Küveyt münasibətlərinin hər zaman müsbət istiqamətdə inkişaf etdiyini deyən Əmir Abdullahiyan yeni dövrdə ikitərəfli münasibətlərin daha da yaxşılaşmasını arzulayıb.

Küveytin yeni əmiri "Xarici işlər naziri və Küveyt hökumətinin digər üzvlərinə bütün aspektlərdə əlaqələrin genişləndirilməsini gündəmə gətirməyi tapşırmışam" dedi.

Xəbəri paylaş

VİDEOLAR