Nigerdə hərbi çevrilişin hədəflərindən biri olan Fransaya qarşı reaksiyalar dayanmır.
Az.rasthaber.com xəbər verir ki, İyulun 26-da hərbçilər Nigerdə hakimiyyəti ələ keçirdikdən sonra hərbi hökumətin tərəfdarları paytaxtdakı Fransa bazasına yürüş ediblər.
Qərbi Afrika Dövlətinin İqtisadi Birliyinin (ECOWAS) Nigerdə konstitusiya nizamını bərpa etmək üçün ehtiyat qüvvələrinin hazır olması və yerləşdirilməsi əmrindən sonra Nigerdə gərginlik yenidən artıb.
Yerli mətbuatın məlumatına görə, paytaxt Niameydə cümə namazından sonra minlərlə insan fransız əsgərlərinin yerləşdiyi “Niamey 101 hava bazası”nın yaxınlığında toplaşıb.
Fransız əsgərlərinin ölkədən çıxmasını tələb edən qrup, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) və Fransa əleyhinə şüarlar səsləndirib.
Daha sonra qrup bazaya doğru yürüş edib. Yürüş insidentsiz başa çatıb.
Paytaxtdakı Beynəlxalq Diori Hamani hava limanının yaxınlığında yerləşən hərbi bazada 1500-ə yaxın fransız əsgəri xidmət edir.