Hindistanda İslam dinini və Məhəmməd Peyğəmbəri (s) təhqir edən Bharatiya Janata Partiyasının sözçüsü Nupur Şarma partiyadan xaric edilib.
Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Xalq Partiyasının sözçüsü Nupur Şarma iştirak etdiyi televiziya proqramında İslam dininə və Məhəmməd peyğəmbərə (s) qarşı təhqiramiz ifadələr işlədib.
Xalq Partiyası Şarmanı dini dəyərləri təhqir etdiyinə görə vəzifəsindən uzaqlaşdırıb.
Qərardan sonra Bharatiya Janata Partiyası (BJP) bəyanat yayaraq bildrib:
“BJP hər hansı dini və ya məzhəbi təhqir edən və aşağılayan ideologiyalara qarşıdır. BJP belə insanları və fəlsəfəni dəstəkləmir, əksinə hər hansı bir dinin başqa dinə və ya din xadiminə təhqirini pisləyir".
Şarma insanların reaksiyasından sonra, sosial media hesabında etdiyi paylaşımda dediyi sözləri geri aldığını və peşman olduğunu bildirib.